“2001-ci il Kosmos Odisseyi” filmindən məşhur vals kosmosa ötürüləcək

10

Avropa Kosmik Agentliyi (AKA) 31 may 2025-ci ildə kosmosa musiqi siqnalı ötürəcək: bu, İohan Ştrausun məşhur “An der schönen blauen Donau” (“Mavi Dunay”) valsıdır.

Bu barədə “Sky at Night Magazine” xəbər yayıb.

Bildirilir ki, sözügedən əsər Stenli Kubrikin “2001: A Space Odyssey” (“2001: Kosmik Odisseya”) filmindən tanınır.

Təşəbbüs AKA-nın və “Estrack” sisteminin 50 illiyi, “Cebreros” antenasının 20 illiyi və bəstəkar Ştrausun 200 illiyi münasibətilə reallaşdırılır.

Valsı Vyana Simfonik Orkestri canlı ifa edəcək, səs isə İspaniyadakı 35 metrlik Cebreros antenası ilə dərin kosmosa ötürüləcək.

Qeyd edək ki, “Estrack” şəbəkəsi Avropa kosmik missiyalarını izləmək və onlarla əlaqə saxlamaq üçün istifadə olunur. “Cebreros” hazırda “BepiColombo”, JUICE, “Hera” və “Mars Express” kimi missiyalara dəstək verir.

Bu hadisə elm, incəsənət və texnologiyanın nadir və unikal qovuşması kimi qiymətləndirilir.