Ən kasıb bürclər – Onlar pul yığmağı bacarmır

4

Maliyyə sabitliyi hər kəsin arzusu olsa da, bəziləri üçün pul sadəcə əl eləyib keçir. Astroloji baxımdan bəzilərinin maddi imkanlarla arasının yaxşı olmadığı deyilir. “Pul onları sevmir” deyə zarafatla ifadə olunan bu bürclər ya plansız xərclərlə, ya da xəyalların arxasınca qaçmaqla cibini tez boşaldır.

Ilk sırada isə Balıqlar gəlir. Xəyallarla yaşayan bu su bürcü üçün pul çox vaxt ikinci plandadır. Yardımsevər və duyğusal olmaları, çox zaman başqaları üçün xərcləmələrinə səbəb olur.

Oxatan bürcü də siyahının önündədir. Macəra axtarışında olan oxatanlar pullarını səyahət və yeni təcrübələrə sərf etməklə tanınırlar. Risk almağa meylli olmaları isə onları bəzən maliyyə çətinliklərinə sürükləyir.

Tərəzi bürcü isə estetikaya olan sevgisi ilə diqqət çəkir. Gözəl görünmək, zövqlü yaşamaq istəyi onların büdcəsini tez boşalda bilir. Qərarsızlıqları da maliyyə idarəsində çətinlik yaradır.

Xərçəng bürcü üçün isə ailə və yaxınlar hər şeydən önəmlidir. Onlar üçün sevdiklərinə pul xərcləmək problem deyil, amma bu sevgi bəzən onları çətin duruma sala bilər.

Siyahını Dolça bürcü tamamlayır. Onların sərbəst və qeyri-adi həyat tərzi, ənənəvi iş rejimindən uzaq durmaları maddi sabitliklərini zəiflədə bilir. Onlar üçün pul deyil, ideallar daha önəmlidir.