Türkiyə 11 elit ölkə arasında – Aprelin 21-də yeni TARİX YAZILACAQ

6

Aprelin 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yeni “Türksat 6A” rabitə peykinin istismara verilməsi mərasimi keçiriləcək.

Qurğunun orbitə buraxılması türk peyklərinin əhatə dairəsini dünya üzrə 3,5 milyarddan 5 milyard insana çatdıracaq.

Respublikanın Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu qeyd edib ki, “Türksat 6A”nın dizayn xidmət müddəti ən azı 15 ildir. O vurğulayıb ki, bu uğur 1994-cü ildə “Türksat 1B”, ardınca “Türksat 1C” (1996) və “Türksat 2A”nın (2001) buraxılması ilə başlayan iyirmi ilə yaxın davamlı işin yekunudur.

“Türksat 6A” peykinin buraxılması, tərkibindəki 100 komponentdən 84-nün yerli, yəni türk istehsalı olması ilə, Türkiyəni rabitə peyklərinin istehsal texnologiyasına sahib olan 11 elit ölkə arasında yerini möhkəmləndirəcək.

Peykin istismara verilməsi mərasimi Ankaradakı Türksat Gölbaşi obyektində baş tutacaq. Cihazın istifadəyə verilməsi ilə Türkiyə Hindistan, Tayland, Malayziya və İndoneziyaya kimi rabitə xidmətlərini genişləndirə biləcək.