Ulduzlarası məkandan gələn cisim Günəş sisteminə daxil oldu

65

Günəş sisteminə kənardan daxil olmuş səma cismi aşkarlanıb.

Bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.

Məlumata görə, “A11pl3Z” adlandırılan səma cisminin ölçüsü 10-20 kilometr uzunluqdadır.

Astronomların fikrincə, saatda 200 min kilometr (60 km/saat) sürətlə hərəkət edən cismin orbiti Günəş ətrafında deyil və o ulduzlarası məkana qayıdacaq. Onun orbiti Marsla kəsişəcək və 2026-cı ilədək müşahidə olunacaq.

“A11pl3Z” çox yüksək sürətlə hərəkət etməsinə baxmayaraq Yer planeti üçün heç bir təhlükə təşkil etmir.