Ay missiyasının gündəlik həyatımıza gözlənilməz 8 təsiri

53

Ay səthinə 50 il bundan əvvəl, 1969-cu ilin iyulun 20-də ilk ayaq basan insan amerikalı astronavt Neil Armstrong həmin hadisə barədə belə demişdi: “İnsanın bu kiçik addımı bəşəriyyətin nəhəng irəliləyişi deməkdir”.

İndiki pulla dəyəri 200 milyard dollar təşkil edən ABŞ-ın Apollo kosmik proqramı gündəlik həyatımızın müxtəlif sahələrində gözlənilməz nailiyyətlərə səbəb olub.

Onlardan bəzilərinə nəzər salaq.

1. Yır-yığış işlərində qarışıqlıq azalıb

Naqilsiz elektrik cihazlar Apollo uçuşlarından əvvəl də var idi, lakin Apollo proqramı həmin alətlərin təkmilləşdirilməsinə böyük təsir göstərdi.