Ayın əks tərəfindən gətirilən torpaq nümunələri Çində ictimaiyyətə təqdim edildi

44

Çin ilk dəfə olaraq Ayın əks tərəfindən olan torpağı geniş ictimaiyyətə təqdim edib.

Bu barədə “RIA Novosti” məlumat verib.

Qeyd olunur ki, Çin “Çanqe-6” kosmik gəmisini uğurla Ayın uzaq tərəfinə endirən və Yerin peykinin qaranlıq tərəfindən torpaq nümunələrini çatdıran dünyanın ilk ölkəsi olub.

Çin aprelin 24-də Milli Kosmos Gününü qeyd edir. Şənlik çərçivəsində “Shanghai World Expo Center” mərkəzində Ayın uzaq tərəfindəki Cənub Qütbü-Eytken hövzəsindən toplanmış Ay torpağı nümunələri nümayiş etdirilib.

Bundan əlavə, ziyarətçilər 2020-ci ilin dekabrında “Çanqe-5” missiyası zamanı toplanmış Ay torpağı nümunələrini də görə biləcəklər.