Çin altı “Şiyan-27” peykini uğurla orbitə çıxarıb.
Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) xəbər verir ki, şənbə günü altı “Şiyan-27” peyki uğurla günəşlə sinxron orbitə çıxarılıb.
Buraxılış Pekin vaxtı ilə saat 06:51-də (Bakı vaxtı ilə 02:51) Tayyuan kosmodromundan (Şansi əyalətinin şimalı) CZ-6A (Changzheng-6-ei) ilə həyata keçirilib. Bu, “Long March” seriyalı raketin 570-ci buraxılışıdır.
CASC-nin məlumatına görə, orbitə buraxılan kosmik gəmi ilk növbədə kosmik mühitin öyrənilməsi və müvafiq texnoloji təcrübələrin aparılması üçün istifadə olunacaq.
Modifikasiya edilmiş iki mərhələli CZ-6A 50 m uzunluğundadır və ekoloji cəhətdən təmiz yanacaqla – kerosin və maye oksigen qarışığı ilə işləyir. Raket Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən CASC ilə birgə hazırlanıb, dörd bərk yanacaq gücləndiricisi ilə təchiz edilib və günəşlə sinxron orbitə (500 km) təxminən 6.5 ton faydalı yük çıxarmaq qabiliyyətinə malikdir.