Astrologiyada bəzi bürclər sevgi hisslərini daha dərindən yaşayırlar. Hətta onların sevgidən dəli olduğunu da demək olar.
Qoç
Sevgini ehtirasla yaşayan bürclərdən biridir. Enerjili və cəsarətli təbiəti ilə tanınan Qoçlar aşiq olduqları zaman hər şeyi riskə ata bilərlər. Onlar üçün sevgi macəra kimidir. Buna görə də sevgililərinə qarşı son dərəcə həvəsli və ehtiraslıdırlar. Dəlicəsinə aşiq olduqları zaman münasibətlərinin hər anını doya-doya yaşayır və hisslərini açıq şəkildə ifadə etməkdən çəkinmirlər.
Xərçəng
Onlar emosional dərinliyi ilə tanınırlar. Aşiq olduqları insana sədaqətlərini çoşğulu bir sevgi ilə nümayiş etdirirlər. Xərçənglər sevgililərinə qarşı son dərəcə qoruyucu və həssas münasibət sərgiləyirlər. Onların sevgisi isti bir ev yaratmaq arzusu ilə birləşir və hər anı xüsusi etməyə çalışırlar.
Əqrəb
Sevgidə sıx emosiyalar yaşayırlar. Dəlicəsinə aşiq olduqları zaman ehtirasları ön plana çıxır. Əqrəblər sevgi münasibətlərində dərin bağlılıq hiss edirlər. Onlar üçün sevgi həyatın ən mənalı və dərin təcrübələrindən biridir. Onların sevgilərinə olan ehtirasları bəzən onları həddən artıq qısqanc və sahiblənməyə məcbur edə bilər. Lakin bu hisslərin əsasında dərin bir sevgi dayanır.
Əkizlər
Canlı və şən təbiəti ilə tanınırlar. Aşiq olduqda münasibətlərinə əyləncə və dinamiklik əlavə etməkdən həzz alırlar. Coğşulu bir sevgi ilə sevdiklərinə müxtəlif sürprizlər edə, onları xoşbəxt etmək üçün daim yeni yollar axtara bilərlər. Əkizlər sevgilərini zəka və sosial bacarıqlarından istifadə edərək bəsləyirlər. Münasibətlərində daim hərəkət və həyəcan axtarırlar.
Balıqlar
Xəyalpərəst və romantik təbiətləri ilə tanınırlar. Aşiq olduqda emosional dərinlikləri və intuisiyaları sayəsində sevdikləri insana son dərəcə sadiq olurlar. Dəlicəsinə aşiq olduqları zaman sevgilərini bədii şəkildə ifadə edə bilirlər. Balıqlar münasibətlərində romantizmə və xəyallara üstünlük verir, partnyorlarına qeyd-şərtsiz sevgi ilə yanaşırlar.