Günəş söndükdən sonra bu peyk bəşəriyyət üçün “yuva”ya çevriləcək

6

Astronomlar Günəş söndükdən sonra bəşəriyyət üçün mümkün yeni “yuva” ola biləcək peykin adını açıqlayıblar.

Alimlər ulduzumuzun sönməyə başladıqdan sonra Günəş sistemində baş verəcək fəlakətli dəyişiklikləri modelləşdiriblər.

Nəticələr göstərib ki, bu dövrdə Yupiter sistemi müvəqqəti olaraq bəşəriyyət üçün əlverişli hala gələ bilər.

Tədqiqat “arXiv” portalında dərc edilib.

12 milyard ildən sonra genişlənən Günəş Merkuri və Veneranı udacaq, Yer isə “qaynar top”a çevriləcək.

Bununla belə, eyni proses Günəş sistemindəki bəzi yerləri müvəqqəti olaraq yaşayış üçün əlverişli hala gətirə bilər.

Çox qalın buz təbəqəsi ilə örtülmüş Yupiterin peyki olan Avropanın qısamüddətli istiləşmə şansı olacaq. Səth buzunun sublimasiyası bir neçə yüz min il davam edəcək və su buxarı atmosferi yaradacaq.

Alimləri xüsusilə Yupiter sisteminin taleyi maraqlandırır. Yaşayış üçün yeni bir zonada olan qaz nəhəngi özü də əhəmiyyətli dəyişikliklərə məruz qalacaq – yuxarı buludları parlaq su birləşmələrinə çevriləcək. Bu, Avropanın işıqlandırılmasına təsir edəcək və onun buz qabığının əriməsi prosesini sürətləndirəcək.

Su buxarının böyük hissəsi kosmosa buxarlansa da, bir miqdarı peykin atmosferində kifayət qədər uzun müddət qala bilər. Bu da həyatın potensial inkişafı üçün müvəqqəti şərait yaratmağa kifayətdir.