Elm adamları Günəşdə nadir görünən iki partlayışın baş verdiyini bildiriblər.
Bu partlayışlarla birlikdə Günəşdən kosmosa atılan radioaktiv hissəcik kütləsi 16 aprel tarixində Dünyaya çatacaq və planetin maqnit sahəsini vuracaq.
Çünki bu partlayışlar nəticəsində koronal kütlə atımı (CME) adlanan plazma püskürmələri yaranır. CME-lər dünyaya çatarsa, planetin ətrafını saran qoruyucu maqnit sahəsi ilə qarşılıqlı təsirə girir. Maqnit sahəsi, radioaktiv hissəciklərin dünya səthinə çatmasını qarşısını alaraq canlıları qoruyur.
Günəş fırtınası adı verilən bu hadisə nəticəsində Dünyanın orta enliklərinə qədər uzanan bir bölgədə aurora, yəni şimal işıqları müşahidə oluna bilər.
Ancaq CME-lər, eyni zamanda Günəş fırtınaları uyduları da təsir edərək GPS siqnallarını və radio rabitəsini pozaraq dünya səthində rabitəni tamamilə dayandıra bilər.
ABŞ Milli Atmosfer və Okean İdarəsi (NOAA) Dünya’ya doğru irəliləyən Günəş fırtınasının G2 kateqoriyasına çatacağını bildirib.
G2 səviyyəsi, NOAA-nın beşlik miqyasında orta şiddətli bir geomaqnit fırtınasına işarə edir. Bu təsnifat G1 (ən yüngül) ilə G5 (ən şiddətli) arasında dəyişir.
G2 şiddətində bir fırtına nəticəsində aşağıdakı hadisələr baş verə bilər:
Qütb bölgələrində radio rabitəsində pozulmalar yaşana bilər.
Yüksək və orta enliklərdə (məsələn, Kanada, Skandinaviya, ABŞ) aurora (şimal işıqları) görünə bilər.
Peyk sistemlərində və GPS xidmətlərində kiçik sapmalar, bəzi hallarda qısa müddətli kəsilmələr ola bilər.
Elektrik şəbəkələrində kiçik dalğalanmalar və ya xəbərdarlıqlar yaranar, lakin ümumiyyətlə böyük ölçülü zərər verməz.
Kosmosdakı astronavtlar və peyklər üçün radiasiya səviyyəsi arta bilər.
NOAA, qısa müddət əvvəl Günəşin rəsmi olaraq “solar maksimum” dövrünə girdiyini açıqlamışdı.
Bununla Günəş 11 illik fəaliyyət dövrünün zirvəsinə yaxınlaşmış oldu.
Bu da yaxın zamanda ulduzda daha çox partlayışın baş verə biləcəyini və Günəş fırtınalarının sayının artacağını göstərir.
Günəş hər 11 ildə bir dəfə sakit və ya fırtınalı keçən dövrünü tamamlayır və yenisini başlayır.
Ulduz 2019-cu ildə 25-ci dövrünə başlayıb.
Bu dövrlərdən daha sakit olanına, yəni ulduzdakı partlayışların və ləkələrin minimum səviyyəyə endiyi dövrə “solar minimum” deyilir.
Günəş ləkələrinin artdığı və partlayışların daha çox olduğu dövrlərə isə “solar maksimum” adı verilir.