“Space X” şirkətinin sahibi, amerikalı milyarder İlon Mask yeni iddialı planını təqdim edib.
O, “Gigabay” adlı yeni istehsalat kompleksinin inşasının təfərrüatını açıqlayıb.
Mask Texas şəhərində keçirdiyi təqdimatda iddia edib ki, bu bina bəzi parametrlərinə görə isə planetin ən irimiqyaslı tikilisi olacaq.
Onun sözlərinə görə, zavod ildə min ədəd “Starship” istehsal etmək üçün nəzərdə tutulub. Əsas məqsəd “Starship” kosmik gəmilərinin misli görülməmiş istehsal sürətini təmin etməkdir. Mask ildə min ədəd kosmik gəminin hazırlanmasını planlaşdırır.