NASA zondu rekord uçuşu zamanı Günəşin ən yaxın görüntülərini çəkdi

45

2024-cü ilin dekabrında NASA-nın “Parker” zondu Günəş tacından keçərək ulduza 6.1 milyon km məsafəyədək yaxınlaşıb. Bu, indiyədək heç bir aparatın çatmadığı rekord məsafədir. Aparat həmçinin 692 000 km/saat sürətlə hərəkət edərək yeni rekord qırıb.

Bu barədə “ScienceAlert” xəbər yayıb.

Bu yaxınlaşma zamanı zond Günəşin ən yaxın fotolarını çəkib və “gözəgörünməz” günəş küləyini müşahidə edib. Məlum olub ki, bu külək iki növdə olur: sürətli Günəş küləyi 800 km/s sürətlə, nisbətən sabit hərəkət edir və yavaş Günəş küləyi daha qarışıq və dəyişkən xarakterlidir.