Göyərtəsində rus kosmonavtları Aleksey Ovçinin və İvan Vaqnerin, habelə amerikalı astronavt Donald Pettitin olduğu “Soyuz MS-26” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.
Bu barədə “Roskosmos” dövlət korporasiyasının “Telegram”kanalında məlumat verilib .
““Soyuz MS-26” mühərrikinin Moskva vaxtı ilə saat 03:27-də orbitdən çıxması, onun Moskva vaxtı ilə saat 03:55-də hissələrə ayrılması, Moskva vaxtı ilə saat 03:58-də eniş aparatının atmosferin sıx təbəqələrinə daxil olması, əsas paraşütün isə Moskva vaxtı ilə saat 04:06-da işə salınması gözlənilir”, – deyə məlumatda bildirilir.
Roskosmos əlavə edib ki, kosmik gəminin Qazaxıstana enməsi Moskva vaxtı ilə saat 04:21-də planlaşdırılır .
Aprelin 19-da Moskva vaxtı ilə təxminən saat 22:00-da “Soyuz” və BKS arasında ötürmə körpüsü bağlanıb. Qalan BKS heyəti ilə vidalaşdıqdan sonra kosmonavtlar uçuş öncəsi hazırlıqlara başlayıblar: sızmaların yoxlanılması, skafandrların geyinilməsi və bort sistemlərinin sınaqdan keçirilməsi.