Planetimizi maqnit qasırğaları BÜRÜYƏCƏK

54

Yaxın 24 saat ərzində Yer kürəsini maqnit qasırğaları bürüyəcək.

Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

Bildirilib ki, planetin geomaqnit sahəsində pozuntular və maqnit qasırğaları proqnozlaşdırılır.

Qeyd edilib ki, planetimiz aprelin 10-11-də növbəti tac dəliyinin təsir zonasına düşəcək.