Yeni kometa tezliklə Yerə yaxınlaşacaq

45

Yeni “Lemmon” kometası oktyabrın 21-də Yerə ən yaxın məsafədən keçəcək.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

“Oktyabrın 3-də göy cismi 150 milyon km, oktyabrın 21-də isə Yerdən ən yaxın məsafə – 90 milyon km-dən keçəcək”, – laboratoriyanın “Telegram” kanalında qeyd olunub.

Bildirilir ki, kometa 10-14 gün ərzində beşinci maqnitudaya çatacaq ki, bu da onu ulduzlu səmada binoklla müşahidə etməyə imkan verəcək.