Yerə kometa yaxınlaşır – 14 gün ərzində…

38

“C/2025 A6” (Lemmon) kometası sürətlə Yerə yaxınlaşır və artıq 10–14 gün ərzində onu binokllarla izləmək mümkün olacaq.

Astronomların proqnozlarına görə, oktyabrın sonu, noyabrın əvvəllərində bu göy cismi ikinci-dördüncü ulduz böyüklüyündə olacaq. Bu zaman onu optik cihazlar olmadan da çılpaq gözlə görmək olar.

Qeyd edək ki, həmin komet bu il yanvarın 3-də aşkar edilib. O, hazırda Yerə təxminən 200 milyon kilometr məsafədədir. Hər gün bu məsafə 5 milyon kilometrə qədər azalır.