Qaqarin özünün 108 dəqiqəlik tarixi orbital uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı.
Bu uçuşu Qərbdə bir çoxları Sovet İttifaqının növbəti təbliğatı kimi qarşıladılar.
Bundan əvvəl 1957-ci ildə Sovetlər kosmosa ilk “Sputnik” peykini buraxmışdılar.
Apollon 16 kosmik gəmisi ilə Aya uçmuş astronavt Çarlz Dyuk deyir ki, Qaqarin kosmosa uçanda o, Almaniyada F-102 qırırcısında xidmət edirdi və onlar kosmosdan daha çox Berlin Hasarının tikintisi barədə düşünürdülər.
“Bu xəbəri eşidəndə, – deyir amerikalı, – beynimdən ilk keçən bu oldu ki, onlar bizi yenə də ötdülər”.









