11 milyard ildən çox yaşı olan qamma-partlayış şüası qeydə alındı

34

Rusiya istehsalı olan “239Alfyorov” peyki təxminən 11.3 milyard il əvvəl baş vermiş GRB 260101A adlı qamma-partlayışı qeydə alıb.

Bu barədə “Geoskan” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Alimlərin qiymətləndirməsinə görə, partlayış kainatın yaşı təxminən 2.5 milyard il olduğu dövrdə baş verib. Astronomlar müəyyən ediblər ki, şüa Yerə çatmaq üçün təxminən 11.3 milyard illik yol qət edib.

Tədqiqatçıların məlumatına görə, qamma-partlayışın mənbəyi iri ulduzun nüvəsinin qravitasiya kollapsı ilə əlaqədardır. Bu obyektin kütləsi Günəşin kütləsindən ondəfələrlə böyük olub.